Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə91/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   87   88   89   90   91   92   93   94   ...   572

Nöqtələr


Sual: Axı Quranda oxuyuruq ki, Qiyamətdə hamı, hər şey, hər halda, hər yerdə, sorğuya çəkilər.1 Bəs nə üçün bu ayədə günahkarların sorğuya çəkilməyəcəyi bəyan olunur?

Cavab: Hər kəsin və hər şeyin sorğuya çəkiləcəyini bildirən ayələr Qiyamətə aiddir. Amma bu ayənin sonunda Qiyamətdən yox, ilahi əzabın dünyada nazil olduğu andan danışılır. Həmin an sual-cavab üçün fürsət qalmaz.

Bildirişlər


1. İnsanın öz elmi ilə öyünməsi bəzən onu o qədər məst edir ki, artıq heç kimin və heç nəyin rolunu qəbul etmir.

2. Öz elmi ilə öyünmək Qarun əxlaqındandır.

3. Sərvət və qüdrəti elm və təlaşımızın məhsulu yox, ilahi ehsan bilək. (İnsanlar Qaruna dedilər ki, sənə sərvət verən Allahdır. Qarun isə etiraz etdi ki, elmim əsasında sərvət əldə etmişəm.)

4. Tarixlə tanışlıq ən üstün ibrət dərsidir.

5. Azğınları tar-mar etmək ilahi sünnələrdəndir. (İnsanın qüdrət və sərvəti ilahi qəzəbin qarşısını almır.)

6. Qüdrət və sərvət insanı xoşbəxt etmir.

7. Nə qədər güclü və varlı olsan da, səndən güclüsü və varlısı vardır.

8. Xəbərdarlıq: İlahi qəzəb yetişən məqamda sual-cavab, səbəb soruşmaq üçün fürsət qalmır.



Ayə 79:


﴿فَخَرَجَ عَلَى قَوْمِهِ فِي زِينَتِهِ قَالَ الَّذِينَ يُرِيدُونَ الْحَيَاةَ الدُّنيَا يَا لَيْتَ لَنَا مِثْلَ مَا أُوتِيَ قَارُونُ إِنَّهُ لَذُو حَظٍّ عَظِيمٍ﴾

(Bir gün Qarun) bütün zinətləri ilə bəzənib qövmünün qarşısına çıxdı. (Bu səhnəni görüb) dünya həyatı istəyində olanlar dedilər: “Kaş Qaruna veriləndən bizə də veriləydi. Şübhəsiz, o çox böyük kama çatıb.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin