Bildirişlər
1. Qüdrət və var-dövlət qafil insanların əlində lovğalıq, özünü nümayiş və dəbdəbə səbəbidir.
2. Var-dövləti gözə soxmaq Qarun sifətidir.
3. Qarunsifətlər özlərini başqalarından üstün sayırlar.
4. Hakimlərin kübarlığı xalqın əqidəsini dəyişə bilər.
5. Dünyanın zahiri gözəlliyi dar düşüncəli insanlar üçün bir tələdir.
6. Qarun olmaq arzusu düşüncəsiz dünyapərəstlərin arzusudur.
Ayə 80:
﴿وَقَالَ الَّذِينَ أُوتُوا الْعِلْمَ وَيْلَكُمْ ثَوَابُ اللَّهِ خَيْرٌ لِّمَنْ آمَنَ وَعَمِلَ صَالِحًا وَلَا يُلَقَّاهَا إِلَّا الصَّابِرُونَ﴾
“(Amma) elm və agahlıq verilənlər dedilər: “Vay olsun sizə! İman gətirib saleh işlər görənlər üçün Allahın mükafatı (var-dövlətdən) daha üstündür. (Əlbəttə) yalnız səbirlilər onu əldə edəcəklər.”
Dostları ilə paylaş: |