Bildirişlər
1. Hər hansı məsələ ilə bağlı tələsik mühakimə yürütməyək. (Dünən Qaruna həsəd aparanlar bu gün onun imkanlarına malik olmadıqları üçün sevinirlər.)
2. Varlılar kimi qürrəli və qafil olmağı heç vaxt arzulamayaq.
3. Başqalarında olan var-dövləti arzulamaq əvəzinə Allahın verdikləri ilə kifayətlənək.
4. Bir çox arzular insanın xeyirinə deyildir.
5. Bəzən duanın qəbul olmaması, arzunun həyata keçməməsi Allahın ən böyük lütfü və minnəti olur.
6. Hadisələr fitrətlərin oyanmasına, baxışların dəyişməsinə, yanlış istəklərdən daşınmağa səbəb olur.
7. Allah tərəfindən və Allah üçün olduğu qəbul edilməyən sərvət insanı küfrə aparır.
Ayə 83:
﴿تِلْكَ الدَّارُ الْآخِرَةُ نَجْعَلُهَا لِلَّذِينَ لَا يُرِيدُونَ عُلُوًّا فِي الْأَرْضِ وَلَا فَسَادًا وَالْعَاقِبَةُ لِلْمُتَّقِينَ﴾
“Biz axirət evini (axirət səadətini) yer üzündə üstünlük soraqlamayan və fəsad törətməyənlər üçün qərar vermişik. (Xeyir) aqibət təqvalılarındır.”
Dostları ilə paylaş: |