Nöqtələr
Surənin əvvəlində oxuduq ki, Allah iman iddiasında olanları sınağa çəkir. Bu ayədən başlayaraq həzrət Nuh (ə), İbrahim (ə), Lut (ə), Şüeyb (ə), Hud (ə), Saleh (ə) və Musanın (ə) əhvalatları, ötən ümmətlərin sınaq nümunələri nəql olunur.
Yalnız həzrət Nuhun (ə) peyğəmbərlik dövrü Quranda bəyan olunmuşdur. 950-illik bu risalət tufana qədər davam etmişdir. Həzrət Nuhun (ə) tufandan sonra nə qədər yaşaması və nə qədər peyğəmbərlik etməsi qeyd olunmur.
Bildirişlər
1. Təbliğ zamanı yaxşı olar ki, öncə ümumi məlumat verilsin, sonra nümunələr bəyan olunsun.
2. Quran keçmiş qövmlərin tarixi ilə tanışlığa diqqət yetirir. (Öncəki peyğəmbərlərin tarixini bəyan etməklə əziz Peyğəmbərə (s) təsəlli verilir.)
3. Peyğəmbərlər xalq arasında olmuşlar. (Xalqdan üz döndərən peyğəmbər tənbeh olunur. Necə ki, həzrət Yunis (ə) xalqdan uzaqlaşdığı üçün dəniz nəhənginin (balina) qarnına düşdü.1
4. Quran insan ömrünün uzunluğunu bəyan etməklə bu işi mümkün sayır.
5. Əgər xalqda qəbul üçün istedad və hazırlıq olmasa min illik təbliğatın da səmərəsi yoxdur.
6. Tərbiyə və təbliğdə səbir və ardıcıllığa ehtiyac var. Ayə Nuhun (ə) möhkəmliyini və xalqın inadkarlığını qeyd edir.
7. Rəqəmləri dəqiq nəql edək.
8. Peyğəmbərlərin bildirişlərinə diqqətsizlik zülmdür. Zülm Allah qəzəbinin açarıdır.
9. Peyğəmbərlər və onların ardıcılları ilahi qəhr-qəzəbdən amandadırlar.
10. Nuhun (ə) ömrünün uzunluğu, gəminin hazırlanması və yer üzünün suya qərq olması Allah əmri əsasında baş tutdu.
11. Allahın yardımı insanı səy və təlaşdan çəkindirməməlidir. Həzrət Nuh (ə) və onun tərəfdarları böyük zəhmətlərlə gəmi hazırladılar.
12. Bəzi fərdlər və hadisələr zaman və məkanın fövqündədir. (Yəni bir möcüzədir.)
Ayə 16:
Dostları ilə paylaş: |