Bildirişlər
1. Əyri yolu tutanlar öz işlərinə don geyindirirlər.
2. Allahdan qeyrisinə pərəstiş səbəblərindən biri də ruzi əldə etməkdir.
3. Allahdan qeyrilərində ruzi vermək gücü yoxdur. Onlar ruzi vermək istəsələr də bacarmazlar.
4. Doğru yola çağırış və təbliğdə bir baxışın batilliyini sübut etdikdən sonra doğru yolu göstərin.
5. Allahdan qeyrilərindən ümidlərini üzməyənlər Allaha üz tutmurlar.
6. Ruzi verən Allahdır, amma insan da çalışmalıdır.
7. Öncə maddi ehtiyacları ödəmək, sonra xalqı doğru yola çağırmaq lazımdır.
8. Ruzi mənbəyi Allahın yanındadır.
9. Yalnız qüdrət sahibi ibadətə layiqdir.
10. Qiyamət ilahi əmrlərin icrasına zəmanət verir.
Ayə 18:
﴿وَإِن تُكَذِّبُوا فَقَدْ كَذَّبَ أُمَمٌ مِّن قَبْلِكُمْ وَمَا عَلَى الرَّسُولِ إِلَّا الْبَلَاغُ الْمُبِينُ﴾
“Əgər (məni) təkzib etsəniz (təəcüblü olmaz). Çünki sizdən əvvəlki ümmətlər də (öz peyğəmbərlərini) təkzib etdilər. Peyğəmbərin işi yalnız aşkar təbliğdir.”
Ayə 19:
﴿أَوَلَمْ يَرَوْا كَيْفَ يُبْدِئُ اللَّهُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ إِنَّ ذَلِكَ عَلَى اللَّهِ يَسِيرٌ﴾
“Allahın yaranışa necə başladığını və sonra onu geri qaytaracağını görmədinizmi? Əlbəttə, bu, Allah üçün asandır.”
Dostları ilə paylaş: |