Bildirişlər
1. Dünya səyahəti, gəzinti, təbiət və tanışlıq məqsədli müşahidələr bir vəzifə və dəyərdir.
2. Təbiətin qoynunda gəzinti insanı düşüncəyə vadar edir.
3. Yaranış haqqında dəqiq mütaliə etməklə şəkk-şübhədən çıxıb Allahı daha yaxşı tanıya bilərik.
4. Məad üçün ən üstün dəlil Allahın ilk dəfə mövcudları yarada bilməsidir.
Ayə 21:
﴿يُعَذِّبُ مَن يَشَاء وَيَرْحَمُ مَن يَشَاء وَإِلَيْهِ تُقْلَبُونَ﴾
“(Allah) istədiyinə əzab verir, istədiyini Öz mərhəmətinə qovuşdurur. Ona doğru qaytarılarsınız.”
Ayə 22:
﴿وَمَا أَنتُم بِمُعْجِزِينَ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاء وَمَا لَكُم مِّن دُونِ اللَّهِ مِن وَلِيٍّ وَلَا نَصِيرٍ﴾
“Nə yerdə, nə də göydə heç vaxt Allahı aciz qoya bilməzsiniz, sizin üçün Allahdan savay hami və yardımçı yoxdur.”
Dostları ilə paylaş: |