Bildirişlər
1. Qəlb bağlılıqları insanın inanclarına və əqidələrinə çox təsir göstərir.
2. Qeyri-ilahi dostluqlar müvəqqətidir və sonda düşmənçiliyə çevrilir.
3. Yol seçərkən gələcəyi nəzərə alaq.
4. Qeyri-ilahi dostluqların Qiyamətdə heç bir səmərəsi yoxdur.
Ayə 26:
﴿فَآمَنَ لَهُ لُوطٌ وَقَالَ إِنِّي مُهَاجِرٌ إِلَى رَبِّي إِنَّهُ هُوَ الْعَزِيزُ الْحَكِيمُ﴾
“Lut ona (İbrahimə) iman gətirdi və dedi: “Həqiqətən, mən Rəbbimə doğru hərəkətdəyəm, O, qüvvət və hikmət sahibidir.”
Nöqtələr
Əksər təfsirçilər bildirirlər ki, “mühacir” dedikdə həzrət İbrahim (ə) nəzərdə tutulmuşdur. Çünki digər bir ayədə həzrət buyurur: “Mən Rəbbimə doğru gedirəm.”2 Bəziləri isə həzrət Lutun (ə) nəzərdə tutulduğunu bildirirlər.
Bildirişlər
1. Peyğəmbərlər bir-birlərinə iman gətirmişlər. Əlbəttə, burada İbrahimin (ə) tənhalığı da önə çəkilir.
2. Bir dövrdə bir neçə peyğəmbər ola bilər. Amma rəhbərlik onlardan yalnız birinin öhdəsinə düşür.
3. Həzrət Lutun (ə) iman gətirməsi bir növ İbrahimə (ə) himayədarlığının elanı idi.
4. Məqsədli hicrət təkamül və tərbiyə vasitəsidir.
5. İlahi insanlar zaman və məkana, fərd və ya qrupa bağlı olmurlar.
6. Allahın lütfünü yada salmaqla özümüzdə hicrət ruhiyyəsini gücləndirək. (Qüvvət sahibi olan Allaha bağlılıq insandakı qürbət hissini aradan qaldırır.)
Ayə 27:
﴿وَوَهَبْنَا لَهُ إِسْحاقَ وَيَعْقُوبَ وَجَعَلْنَا فِي ذُرِّيَّتِهِ النُّبُوَّةَ وَالْكِتَابَ وَآتَيْنَاهُ أَجْرَهُ فِي الدُّنْيَا وَإِنَّهُ فِي الْآخِرَةِ لَمِنَ الصَّالِحِينَ﴾
“Ona İshaq və Yaqubu əta etdik. Övladları arasında peyğəmbər və kitab qərar verdik. Onun mükafatını dünyada əta etdik. Şübhəsiz, o, axirətdə salehlərdəndir.”
Dostları ilə paylaş: |