Nöqtələr
“Əcr” sözü həm dünya, həm də axirət mükafatı mənasında işlədilir, “ücrət” sözü isə yalnız dünyəvi mükafat mənasını bildirir.1
Həzrət İbrahimin bütün ixlas, təlaş və hicrəti müqabilində dörd mükafatın adı çəkilir: Pak övladlar, nəslində peyğəmbərlik məqamı, dünyada yaxşı ad, axirətdə izzət.
Həzrət Yaqub, Yusif, Harun, Musa, Süleyman, Zəkəriyya, Yəhya, İsa həzrət İshaqın nəslindən olmuşlar. İslam Peyğəmbəri (s) isə İsmailin nəslindəndir. Beləliklə, həzrət İbrahimdən sonrakı bütün ülul-əzm peyğəmbərlər onun nəslindəndir.
Nəmrud tərəfdarlarının qaladığı tonqaldan qurtuluş, qəlblərin Məkkəyə doğru cazibəsi, həcc mərasimində İbrahimlə bağlı xatirələrin təzələnməsi, şeyxül-ənbiya məqamına yüksəliş, pak nəsil həzrət İbrahimə dünyada əta olunmuş ilahi lütflərdəndir.
Salehlik və salehlərin zümrəsinə qatılmaq peyğəmbərlərin arzu etdiyi bir məqamdır. Bunu həzrət Yusif də, Süleyman da, Şüeyb də, İbrahim də arzulamışdır.2 Bu ayədə həzrət İbrahimə salehlərdən olacağı vəd edilir.
Dostları ilə paylaş: |