Bildirişlər
1. Saleh övlad ilahi bəxşişdir.
2. Allah üçün görülən işin mükafatı olduğunu xalqa elan edək ki, insanlarda həvəs yaransın.
3. İlahi lütfə çatmağın bünövrəsi ixlasdır.
4. İnsan üçün nəvə də övlad kimi ilahi bəxşişlərdəndir.3
5. Atanın xalisanə xidmətlərinin və yaxşılıqlarının mükafatı onun nəslində özünü göstərir. Əlbəttə ki, övladların da ləyaqəti şərtdir.4
6. Hicrət edənlərin mükafatı məhdud deyil.
7. Heç bir peyğəmbərin nəsli həzrət İbrahimin nəsli qədər artmamışdır.
8. Dini rəhbərlik Allah tərəfindən təyin olunmalıdır.
9. İnsan dünya və axirəti birlikdə qazana bilər.
Ayə 28:
﴿وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِ إِنَّكُمْ لَتَأْتُونَ الْفَاحِشَةَ مَا سَبَقَكُم بِهَا مِنْ أَحَدٍ مِّنَ الْعَالَمِينَ﴾
“(Yada sal,) Lut bir zaman öz qövmünə dedi: “Həqiqətən, siz özünüzdən öncə heç bir bəşər övladının görmədiyi çirkin bir iş görürsünüz.”
Dostları ilə paylaş: |