Bildirişlər
1. İşdə mərhələlik prinsipinə əməl olunmalıdır. (Lut qövmünü məhv etmək əmri almış mələklər öncə ülul-əzm, şəriət sahibi olan həzrət İbrahimi, sonra İbrahim dininin təbliğatçısı olan Lutu xəbərdar etməli idilər.)
2. Saleh bəndələrin duası qəbuldur.
3. Mələklər ilahi mərhəmət və qəhr-qəzəb məmurlarıdır.
4. Həmcinsbazlıq günahı şəhvətpərəst və azğın bir cəmiyyət tərəfindən həyata keçirilirdi. Amma Allahın qəhr-qəzəbi nazil olanda bütün məntəqə əhli həlak oldu. Ola bilsin ki, yersiz sükut səbəbindən bütün əhali zalım adlandırıldı.
5. Zülm insanı məhvə doğru aparır.
Ayə 32:
﴿قَالَ إِنَّ فِيهَا لُوطًا قَالُوا نَحْنُ أَعْلَمُ بِمَن فِيهَا لَنُنَجِّيَنَّهُ وَأَهْلَهُ إِلَّا امْرَأَتَهُ كَانَتْ مِنَ الْغَابِرِينَ﴾
“(İbrahim) dedi: “Bu məntəqədə Lut da var.” Mələklər dedilər: “(Qorxma,) biz burada olanlardan xəbərdarıq. Hökmən onu və ailəsini xilas edərik. Yalnız zövcəsindən başqa! O, (əzabımızda) qalanlardandır.”
Dostları ilə paylaş: |