Nöqtələr
“Siə” dedikdə halın pisləşməsi nəzərdə tutulur. Ola bilsin ki, həzrət Lutu azğınların mələklərə təcavüz edəcəyi fikri qorxudurdu. Bu da ola bilər ki, qövmünün sorağına gəlmiş ilahi əzab Lutu narahat edirdi.
“Zəra” sözü əlin dirsəkdən barmaqlaradək olan hissəsini bildirir. “Əlin qısalması” (hər yerdən üzülməsi) dedikdə isə çarəsizlik nəzərdə tutulur. Çünki qolu qısa insanlar bir çox işləri görməkdə acizdirlər. Çarəsiz vəziyyətə düşüb əlindən bir iş gəlməyən insan haqqında “əli qısalıb” ifadəsi işlədilir.2
“La təxəf” əmri qarşıdakı mümkün hadisə və çətinliklərlə bağlı nigarançılığı, “la təhzən” əmri ötən hadisələrlə bağlı qəm-qüssəni nəzərdə tutur.
Dostları ilə paylaş: |