Bildirişlər
1. Günahkar cəmiyyətdə ilahi insanlar sıxıntıda olur, hətta ailələrini və qonaqlarını qorumaqla bağlı nigarançılıq keçirirlər.
2. Fəsadın bütün cəmiyyəti bürüməsi bizi biganələşdirməməlidir. (Dini qeyrət iman şərtidir.)
3. Bir çox nigarançılıqları yaradan gələcəkdən xəbərsizlikdir.
4. Daxili nigarançılıqlar insanın çöhrəsində özünü büruzə verir. Mələklər həzrət Nuhun simasından onun nigarançılığını hiss etdilər.
5. Möminlərə haqq və arxayınlaşdırıcı vədlər verməklə onları iztirabdan qurtaraq.
6. Həqiqətləri bəyan edərkən öncə müsbət nöqtələri qeyd edək.
7. Allah Öz övliyalarını hifz edir.
8. İnsanı bədbəxtlikdən xilas edən ailə bağlılığı yox, iman və saleh əməldir.
9. Qadının müstəqil şəxsiyyəti var, o, ailənin ideoloji və iqtisadi prinsiplərinə qarşı çıxa bilir.
10. Pis yol göstərən də günahkardır. (Lutun zövcəsi qonaqların gəldiyini azğınlara xəbər verdi.)
Ayə 34:
﴿إِنَّا مُنْزِلُونَ عَلَى أَهْلِ هَذِهِ الْقَرْيَةِ رِجْزًا مِّنَ السَّمَاء بِمَا كَانُوا يَفْسُقُونَ﴾
“Həqiqətən, Biz bu məntəqə əhlinə günahlarına görə göydən əzab endirəcəyik.”
Ayə 35:
﴿وَلَقَد تَّرَكْنَا مِنْهَا آيَةً بَيِّنَةً لِّقَوْمٍ يَعْقِلُونَ﴾
“Düşünənlər üçün (qəzəbə gəlmiş) həmin məntəqədən aydın nişanə saxladıq.”
Dostları ilə paylaş: |