Bildirişlər
1. Hicrət ağrılarına dözmək üçün Allahın sevgili nidasını, hicrət edənlərə xüsusi diqqətini yadda saxlayaq.
2. Hicrət üçün məskən seçərkən ibadət tövfiqini, Allahın yardımını əsas götürək.
3. Allaha davamlı şəkildə bəndəlik etmək lazımdır. (Uca iman mərtəbələrinə çatmaq üçün bəndəliyi davam etdirin.)
4. İman sayəsində baş tutan hicrət dəyərlidir.
5. Səfər məqsədli olmalıdır.
6. Dinimizi qorumaq və azğın hakimlərdən qurtuluş üçün hicrət edək.
7. Məntəqəyə bağlılıqdan qurtuluş bir çox mənfi bağlılıqlardan qurtuluşun və Allaha bağlılığın müqəddiməsidir.
8. Məntəqəyə bağlılıq səbəbindən yolunu azanların üzrü qəbul deyil. Çünki yer üzündə dini vəzifələri yerinə yetirmək üçün həmişə münasib fəza var.
Ayə 57:
﴿كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ ثُمَّ إِلَيْنَا تُرْجَعُونَ﴾
“Hər bir nəfs ölümü dadasıdır; sonra Bizə doğru qaytarılarsınız.”
Dostları ilə paylaş: |