Sual: Materialistlər bildirirlər ki, imanın kökü təbiət hadisələri qarşısında duyulan qorxudur. Onlar qorxunu dinin kökü sayırlar. Onların nəzərincə, qorxmuş insan uşaqlıqda anasına, böyüdükdə tanrı saydığı bir qüvvəyə sığınır. Ayədə də oxşar fikirlə rastlaşırıq: İnsanlardan bəziləri təhlükə hiss etdiyi vaxt Allahı çağırır. Bu ayə materialistlərin fikrini təsdiqləmirmi?
Cavab:Ayədə buyurulur ki, qorxu zamanı Allahın yada salınması qorxudan yaranır. Yəni söhbət Allahdan yox, Allahın yada salınmasından gedir. Məsələn, biz itlə qarşılaşdığımız vaxt təhlükə hiss edib daşa əl atırıq. Amma bu o demək deyil ki, daş iti qovmaq üçün yaradılıb. Əzəli bir qüdrətə inam fitridir. Sadəcə hadisələr zamanı insan bu qüdrəti yada salır.