Bildirişlər
1. Qəflət xəstəliyinin əlacı təfəkkürdür.
2. Hay-küydən və mənfi təsirlərdən uzaq, ağıl və fitrətə əsaslanan təfəkkür faydalıdır.
3. Yaranış həm məqsədlidir, həm də onun üçün zaman bölgüsü var.
4. Dünya müəyyən müddətdən artıq davam edəsi deyil.
5. Sağlam düşüncənin sonu varlıq və axirətin məqsədli və gerçək olmasına iman, düşüncəsizliyin sonu axirət aləminin inkarıdır.
Ayə 9:
﴿أَوَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِن قَبْلِهِمْ كَانُوا أَشَدَّ مِنْهُمْ قُوَّةً وَأَثَارُوا الْأَرْضَ وَعَمَرُوهَا أَكْثَرَ مِمَّا عَمَرُوهَا وَجَاءتْهُمْ رُسُلُهُم بِالْبَيِّنَاتِ فَمَا كَانَ اللَّهُ لِيَظْلِمَهُمْ وَلَكِن كَانُوا أَنفُسَهُمْ يَظْلِمُونَ﴾
“Onlar özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmək üçün yer üzünü gəzmədilərmi? Onlar bunlardan güclü idilər. Torpağın altını üstünə çevirmiş, bunlar abad etdiyindən daha çox abad etmişdilər. Onların peyğəmbərləri aşkar dəlillərlə soraqlarına gəldi. (Amma onlar inkar edib Allahın qəzəbinə düçar oldular.) Beləcə, Allah onlara zülm etmədi, onlar özləri özlərinə sitəm qıldılar.”
Dostları ilə paylaş: |