Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə189/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   185   186   187   188   189   190   191   192   ...   572

Nöqtələr


“Və min ayatihi” (“Onun nişanələrindəndir”) təbiri Quranda 11 dəfə istifadə olunmuşdur. Hazırkı surədə bu təbirlə 7 dəfə rastlaşırıq.

Ötən ayədə dirinin ölüdən, ölünün diridən çıxarılması məsələsi və ümumi örtülü surətdə bəyan olunur. Bu ayə isə həmin ümumi bəyanatın bir nümunəsidir.


Bildirişlər


1. Allahşünaslıq üçün ən yaxşı yol yaranış haqqında düşünməkdir.

2. Allahın nişanələrini sayıb qurtarmaq olmaz. Deyilənlər bu nişanələrdən kiçik bir hissədir.

3. Yaranmışlar arasında insanın xüsusi yeri var. (Allahın qüdrət nişanələrindən danışılarkən insandan başlanılır.)

4. İnsanın özünü tanıması onun Allahı tanıması üçün müqəddimədir.

5. Bütün insanların cövhəri torpaqdır. (Yersiz lovğalıqları kənara qoyaq.)

6. Torpaqda hiss və hərəkət yoxdur. İnsandakı hissiyyat və hərəkət isə Allahın qüdrət və əzəmətini göstərir.


Ayə 21:


﴿وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَاجًا لِّتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُم مَّوَدَّةً وَرَحْمَةً إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ﴾

Sizin üçün «yanlarında rahatlıq tapasınız» deyə öz cinsinizdən zövcələr xəlq etməsi, sizinlə onlar arasında dərin məhəbbət və mərhəmət yaratması Onun (Allahın) nişanələrindəndir. Şübhəsiz, bunda (bu ilahi nemətdə) düşünən qövm üçün qəti nişanələr var.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin