Nöqtələr
“Məraziə” dedikdə süd verən qadın, dayə mənası anlaşılır.
Bildirişlər
1. Əgər Allah istəməsə, Firon səltənəti kimi böyük bir qurum da bir körpəni qida ilə təmin etməkdə aciz qalar.
2. Körpənin süd əmməsi kimi sadə işlər də Allahın iradəsindən asılıdır. Əgər Allah istəməsə, heç bir iş baş tutmaz.
3. Körpə üçün süd anası tapmaq, onu dayəyə tapşırmağın uzun keçmişi var.
4. Təkəbbürlü insanın başı daşa dəydikdən sonra başqalarının, hətta tanınmayan bir fərdin məsləhətini asanlıqla qəbul edir.
5. Həssaslıq yaradan məsələ ilə bağlı təkliflərimizi adi şəkildə bəyan edək.
6. Düşmən qarşısında zirək olmaq lazımdır. (Musanın (ə) bacısı dayə təklifi verərkən anasının adını çəkmədi.)
7. Körpə təkcə qidaya yox, həm də ailəyə, məhəbbət ocağına ehtiyaclıdır. Buna görə də Musanın bacısı təkcə körpənin qidalanmasından yox, ona hərtərəfli himayədən danışdı.
8. Təkliflərimizi elə bir formada bəyan edək ki, qarşı tərəf bunu öz xeyirinə bilsin.
9. Xeyirxahlıq və məhəbbətlə müşayiət olunan himayədarlıq dəyərlidir.
Ayə 13:
﴿فَرَدَدْنَاهُ إِلَى أُمِّهِ كَيْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ وَلِتَعْلَمَ أَنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ﴾
“Biz onu anasına qaytardıq ki, gözünə işıq olsun, qəm yeməsin, ilahi vədin həqiqətən haqq olduğunu bilsin. Amma xalqın çoxu bilməz.”
Dostları ilə paylaş: |