Bildirişlər
1. Misallardan istifadə təbliğ və tərbiyə üsullarındandır.
2. Özümüzə rəva bilmədiyimizi başqası üçün də rəva bilməyək.
3. Vicdanınızı hakim seçib düşünün: Sizə oxşar insanları “xidmətçinizdir” deyə özünüzə şərik etmirsiniz. Bəs nə üçün Allaha oxşarı olmayanları Ona şərik seçirsiniz?! Bir anlıq olsun şərikə dözümünüz yoxdursa, nə üçün Allaha daimi şərik qəbul edirsiniz?! Öz ruzinizə şərik qəbul etmirsinizsə, nə üçün yaranışda Allaha şərik seçirsiniz?! Özünüzə oxşar insanlarla şəriklikdən qaçırsınızsa, nə üçün daşı və ağacı Allahın işinə qatırsınız?! Heç bir şeyiniz olmadığı halda şərik istəmirsinizsə, nə üçün daş və ağacı varlıq aləmini yaradan və Ona malik olan Allaha şərik qərar verirsiniz?!
4. Şəriklik narahatlıq gətirir.
Ayə 29:
﴿بَلِ اتَّبَعَ الَّذِينَ ظَلَمُوا أَهْوَاءهُم بِغَيْرِ عِلْمٍ فَمَن يَهْدِي مَنْ أَضَلَّ اللَّهُ وَمَا لَهُم مِّن نَّاصِرِينَ﴾
“Bəli, zülm edənlər bilmədən öz nəfs istəklərinə tabe oldular. Allahın azdırdığını kim hidayət edə bilər?! Onlar üçün heç bir yardımçı yoxdur.”
Dostları ilə paylaş: |