Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə20/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   16   17   18   19   20   21   22   23   ...   572

Nöqtələr


Bəzən insanın kimliyi onun üçün maneə olur. Məsələn, bu macərada Musanın (ə) anası dayə adı ilə övladına süd vermək təklifini qəbul etdi. Çünki özünü körpənin anası kimi tanıtdırsaydı, bu təqdimat övladının qətlinə və özünün əziyyətə düşməsinə səbəb olardı.

Bildirişlər


1. İlahi vədlər dəyişməzdir. 7-ci ayədə Allah vəd etdi ki, körpəni anasına qaytaracaq. Bu ayədə isə verilən vədin yerinə yetirildiyi bəyan olunur.

2. Körpə ananın gözünün işığıdır.

3. Haqq əhli üçün ad-ünvan yox, məqsədlər mühümdür. Musanın (ə) anası dayə adı ilə qəbul olunsa da öz körpəsinə qovuşdu. Mühüm məsələ necə təqdim olunmaq yox, körpənin qayıdışı idi.

4. Ana övlada dərindən bağlı olduğu üçün onun həyatında daha çox rol oynayır. (Hazırda Musanın (ə) atasının adı çəkilmir.)

5. Sonda çətinliklər başa çatası, ayrılıq vüsalla tamamlanasıdır. (Uzun müddət nigarançılıq və qəm-qüssədən sonra Allah Musanı (ə) anasına qaytardı.)

6. Allah istəsə bir şəxs iki müxalif qrup üçün ümid yeri olar. (Fironun və Musanın (ə) ailəsi.)

7. Həm şadlıq, həm də qəm-qüssənin insanın necə görməsinə təsiri var. “Yusuf” surəsinin 84-cü ayəsində oxuyuruq ki, həzrət Yusifin (ə) ayrılığı həzrət Yəqubun (ə) gözlərinin kor olmasına səbəb oldu.

8. Allaha imanın mərhələləri və dərəcələri var. Musanın (ə) anası möminə bir xanım idi. Amma mömin də yəqin və dərin elm mərhələsinə çatmalıdır.

9. Bəzi hadisələrin fəlsəfəsi ilahi vədlərin kerçəkliyini dərk etməkdir.

10. İnsanların əksəri zahirə uyur və onlarda Allahın hikmətli sirlərini, tədbirlərini dərk etmək gücü yoxdur.


Ayə 14:


﴿وَلَمَّا بَلَغَ أَشُدَّهُ وَاسْتَوَى آتَيْنَاهُ حُكْمًا وَعِلْمًا وَكَذَلِكَ نَجْزِي الْمُحْسِنِينَ﴾

Musa (ə) güclənib kamilləşdiyi vaxt ona hikmət və elm əta etdik. Biz xeyir əməl sahiblərini bu sayaq mükafatlandırarıq.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin