Bildirişlər
1. Pulun qədəri yox, insanın məqsədi mühümdür.
2. Sələmdən əldə olunan irəliləyiş yalan və zahiri bir irəliləyişdir.
3. İslamın üstünlüyü ondadır ki, yoxsulluğu aradan qaldırmaqla yanaşı, onlara yardım edənlər üçün mənəvi yüksəliş nəzərdə tutur.
4. İxlasa (Allahdan qeyrilərindən təmənnasızlığa) diqqət ciddi bir məsələdir və qəti bəyan olunmalıdır. Çünki ilahi məqsədsiz təlaş dəyərsizdir.
5. Səmimi qəlbdən (xalisanə) zəkat ödəmək artım və inkişaf səbəbidir.
6. Mömin fayda və zərəri müəyyənləşdirərkən dünya və axirəti, fərd və cəmiyyəti, cisim və ruhu yanaşı nəzərə almalıdır. (Dünyəvi baxımdan zəkat ödəmək sərvəti azaldır. Amma yoxsulluğun aradan qaldırılması baxımından dünyaya əsirlikdən qurtarıb axirət azuqəsi toplamaq zəkat verənin xeyrinədir.)
7. İxlas insanın məqamını ucaldır və onu yüksək bir nöqtəyə qaldırır.
Ayə 40:
﴿اللَّهُ الَّذِي خَلَقَكُمْ ثُمَّ رَزَقَكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ هَلْ مِن شُرَكَائِكُم مَّن يَفْعَلُ مِن ذَلِكُم مِّن شَيْءٍ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يُشْرِكُونَ﴾
“Sizi yaradıb sonra ruzi verən, ardınca öldürüb sonra dirildən həmin Allahdır. Allaha qoşduğunuz şəriklərdən eləsi varmı ki, bu işlərdən bir zərrəsini həyata keçirsin?! Allah pakdır və ona şərik qoşduqlarınızdan üstündür.”
Dostları ilə paylaş: |