Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə207/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   203   204   205   206   207   208   209   210   ...   572

Nöqtələr


Bu ayədə dörd ilahi sifətə işarə olunmuşdur və bəndəlik üçün onlardan hər biri təklikdə bəs edər. İnsanın yaranışı Allaha bəndəliyi zəruri edən müstəqil bir dəlildir.1 Bəndəliyimiz üçün digər bir dəlil Allahın ruzi yetirməsidir.2 Allahın insanı öldürüb sonra diriltməsi Ona təslim olmaq üçün növbəti dəlildir.

Bildirişlər


1. Ölüm və həyat, keçmiş və gələcək, ehtiyaclı olduğumuz ruzi Allahın əlindədir.

2. Keçmişdə baş verənlər gələcək işlərdə Allahın qüdrətini sübuta yetirən dəlildir. (Yaratmaq, ruzi vermək, öldürmək Allahın qüdrət nişanələridir və bu nişanələr Allahın yenidən diriltməyə qadir olduğunu göstərir.)

3. Təlim və təbliğdə müqayisə üsulu ən üstün üsullardandır.

4. Suallar ünvanlamaqla yatmış vicdanları oyadın.

5. Qeyri-ilahi güclərin müstəqilliyi yoxdur, onlar ən kiçik mövcudu da yaratmağa acizdirlər.

6. Heç bir vasitə və səbəbi, müqəddimə və şəraiti Allaha şərik qoşmayaq.

7. Şirk Allahın məqamını alçaltmaqdır. İnsan Allahı pak və hər növ şərikdən üstün bilməlidir.

8. Şirk istənilən bir ad və formada batil və məhkumdur.


Ayə 41:


﴿ظَهَرَ الْفَسَادُ فِي الْبَرِّ وَالْبَحْرِ بِمَا كَسَبَتْ أَيْدِي النَّاسِ لِيُذِيقَهُم بَعْضَ الَّذِي عَمِلُوا لَعَلَّهُمْ يَرْجِعُونَ﴾

İnsanların pis əməllərinə görə quruda və dəryada fəsad yaranar. (Allah) bununla onların bəzi əməllərinin cəzasını daddırar. Ola bilsin ki, (doğru yola) qayıdalar.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin