Nöqtələr
“Yəssəddəunə” dedikdə bölünmək, dağlışmaq mənaları nəzərdə tutulur. Ayədə mömin insanların azğın insanlardan ayrılacağı, hərənin bir tərəfə üz tutacağı günə işarə olunur.
Bildirişlər
1. Həm din möhkəm və məntiqli, həm dindar ciddi və aşiq olmalıdır.
2. Dinə diqqət ikinci dərəcəli sayılmamalı, bütün işlərdə və tamam varlıqla həyata keçməlidir.
3. İslam dini bütün fərdi və ictimai faydaları nəzərdə tutur.
4. Fürsətlərdən bəhrələnək.
5. Qiyamət təhlükələrini nəzərə alsaq dindarlığımız ciddiləşər.
6. Bütün işlərdə dini meyarlara istinad Qiyamətdə qurtuluş səbəbidir.
Ayə 44:
﴿مَن كَفَرَ فَعَلَيْهِ كُفْرُهُ وَمَنْ عَمِلَ صَالِحًا فَلِأَنفُسِهِمْ يَمْهَدُونَ﴾
“Küfr edənin küfrü onun özünə ziyandır. Saleh işlər görənlər (əbədi səadəti) özləri üçün hazırlayırlar.”
Ayə 45:
﴿لِيَجْزِيَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِن فَضْلِهِ إِنَّهُ لَا يُحِبُّ الْكَافِرِينَ﴾
“(Nəticədə Allah) iman gətirib saleh işlər görənlərə Öz fəzlindən mükafat versin. (Eləcə də kafirləri məhrum qoysun, çünki) O, kafirləri sevməz.”
Dostları ilə paylaş: |