Nöqtələr
“Rih” dedikdə sərt və zərərli, “riyah” dedikdə faydalı küləklər nəzərdə tutulur. Nəql olunur ki, əziz Peyğəmbər (s) bəzən külək əsən vaxt dua edərdi: “Pərvərdigara! Bu küləyi faydalı buyur, zərərli etmə.”1
Küləyin müəyyən faydaları var: buludları hərəkətə gətirməsi, buludları bir-birinə sıxması, isti və soyuğun tarazlaşdırılması, havanın təmizlənməsi, insana oksigen, bitkilərə karbon çatdırılması, bitkilərin mayalanması və bəhrə verməsi, gəmilərin hərəkəti, enerji istehsalı, toxumların ətrafa səpələnməsi...
Dostları ilə paylaş: |