Nöqtələr
“Kisfə” sözünün cəm forması olan “kisəf” sözü parçalar mənasını bildirir. Burada bulud parçaları nəzərdə tutulmuşdur.
“Vədq” dedikdə həm kiçik zərrələr, həm də yağış dəstələri nəzərdə tutula bilər.
Bildirişlər
1. Təbiət hadisələri Allahın qüdrət, hikmət və tədbir nişanələridir.
2. Allahın iradəsi təbii vasitələrlə həyata keçir.
3. Buludların yaranmasında soyuq və isti küləklərin rolu var.
4. Yağış üçün zəmin yaranması küləyin faydalarındandır.
5. Buludların hərəkəti və yağışın nazil olması Allahın istək və iradəsindən asılıdır.
Ayə 49:
﴿وَإِن كَانُوا مِن قَبْلِ أَن يُنَزَّلَ عَلَيْهِم مِّن قَبْلِهِ لَمُبْلِسِينَ﴾
“Hərçənd onlara (yağış) nazil olanadək məyus idilər.”
Ayə 50:
﴿فَانظُرْ إِلَى آثَارِ رَحْمَتِ اللَّهِ كَيْفَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا إِنَّ ذَلِكَ لَمُحْيِي الْمَوْتَى وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ﴾
“Allahın rəhmət əsərlərinə bax, torpağı öldükdən sonra necə diriltdiyini gör. Həqiqətən, Allahdır ölüləri dirildən və O hər şeyə qadirdir.”
Dostları ilə paylaş: |