Belə görünür ki, həzrət Musa (ə) peyğəmbərlikdən öncə şəhərdən kənarda yaşayırmış. Bunun iki səbəbi ola bilər: Musa ya inqilabi hərəkatına görə şəhərdən kənarda yaşayırmış, ya da onun böyüyüb boya-başa çatdığı saray şəhərdən xaricdə imiş.
Sual: Əgər Allahın peyğəmbərləri məsumdurlarsa, Musanın adam öldürməsi necə izah olunur?
Cavab: Həzrət Musa (ə) “bu, şeytan əməllərindəndir” deyərkən öz işini yox, iki nəfərin savaşını nəzərdə tuturdu. Yəni həmin iki şəxsin vuruşması şeytan işidir.
Həzrət Musanın (ə) kimisə öldürmək fikri yox idi. O yalnız vəzifəsinə əməl edib bir möminin müdafiəsinə qalxmışdı. Bu səbəbdən də Allah-təala Musanı (ə) məzəmmət etmir. Qurani-kərimdə buyurulur: “Sən fironçulardan birini öldürüb pərişan oldun. Biz səni pərişanlıqdan qurtararıq.”1