Nöqtələr
Müəyyən bir zaman kəsiyinə “saət” deyilir. Qiyamətin “saət” adlandırılmasının səbəbi onun sürətlə bərpa olması və ya əməllərin sürətlə hesaba alınmasıdır.1
Bildirişlər
1. Dünyada yalan anda adət etmiş insan Qiyamətdə də bu işə əl atar.
2. Günahkarlar Qiyamətdə bəhanə gətirərlər ki, dünyada iman üçün fürsət tapmayıblar.
3. Bir çox büdrəmələrin və azğınlıqların səbəbi yalandır. Yəni insan çeşidli yalanlarla ardıcıl şəkildə azğınlığa sürüklənir.
Ayə 56:
﴿وَقَالَ الَّذِينَ أُوتُوا الْعِلْمَ وَالْإِيمَانَ لَقَدْ لَبِثْتُمْ فِي كِتَابِ اللَّهِ إِلَى يَوْمِ الْبَعْثِ فَهَذَا يَوْمُ الْبَعْثِ وَلَكِنَّكُمْ كُنتُمْ لَا تَعْلَمُونَ﴾
“Elm və iman verilən kəslər (günahkarlara) deyərlər: “Şübhəsiz, Allah Kitabına uyğun olaraq, siz Qiyamət gününədək (bərzəxdə) qalmısınız. Bu, oyanış günüdür, amma siz bilmirdiniz.”
Dostları ilə paylaş: |