Nöqtələr
Son üç ayədən məlum olur ki, qurtuluş ilahi tövfiq və hidayət sayəsində əldə olunur. Əlbəttə ki, bu istiqamətdə də mübarizə və təlaşa ehtiyac var. Çünki başqa bir ayədə buyurulur ki, təlaş və cihad edənlərə doğru yol göstərildi və hiqiqətən Allah xeyir əməl sahibləri ilədir.2
Bildirişlər
1. Xeyir əməl sahibləri ilahi hidayətdən bəhrələnirlər.
2. Hidayət rübubiyyət şənindəndir.
3. Allahın lütfü xeyir işlər üçün tövfiqdir.
4. Namazın bərpası və zəkat ödənməsi Quran tərəfindən hidayət üçün zəmin yaradır.
5. Qurtuluş yalnız namaz və zəkat əhlinə, axirətə yəqinliyi olanlara aiddir.
Ayə 6:
﴿وَمِنَ النَّاسِ مَن يَشْتَرِي لَهْوَ الْحَدِيثِ لِيُضِلَّ عَن سَبِيلِ اللَّهِ بِغَيْرِ عِلْمٍ وَيَتَّخِذَهَا هُزُوًا أُولَئِكَ لَهُمْ عَذَابٌ مُّهِينٌ﴾
“İnsanların bəzisi heç bir elm olmadan Allah yolundan döndərmək və onu məsxərəyə qoymaq üçün boş və başqatıcı sözləri satın alırlar. Onlar üçün zəliledici əzab var.”
Dostları ilə paylaş: |