Nöqtələr
Haqqa dəvət yollarından biri də moizədir. Heç kimi moizədən ehtiyacsız deyildir. Quranın adlarından biri də moizəd1 Hədis kitablarında moizə ilə bağlı xüsusi fəsillə rastlaşırıq.
Bəzi rəvayətlərdə deyilir: bəzən Peyğəmbər (s) Cəbrailə buyururdu: “Məni moizə et.”2 Həzrət Əli (ə) bəzən öz ətrafındakılara buyurardı: “Məni moizə edin, çünki bilməkdə olmayan bir təsir eşitməkdə var.”3
Bildirişlər
1. Övlad tərbiyəsinin üsullarını böyüklərdən öyrənək.
2. Moizə zamanı öncə dinləyicinin diqqətini cəlb edək.
3. Moizə hikmət əsasında olmalıdır.
4. Övlad nəsihətə ehtiyaclıdır. Övladlarımızdan xəbərsiz qalmayaq.
5. Təbliğə öz yaxınlarımızdan başlayaq.
6. Övlad tərbiyəsində ən düzgün yollardan biri övladla səmimi söhbətdir.
7. Atanın övlad qarşısındakı vəzifələrindən biri moizədir.
8. Gənclərlə məzəmmət yox, moizə dilində danışmaq lazımdır.
9. Moizə məhəbbət və mərhəmətlə müşayiət olunmalıdır.
10. Moizənin təsir şərtlərindən biri qarşı tərəfin şəxsiyyətinə hörmətdir.
11. Haqqa çağırış və moizədə əsas məsələləri önə çəkək.
12. Hikmətin ən mühüm və ən başlıca yönümü tövhiddir.
13. Şirk ən böyük təhlükə, ən mühüm məsələdir. Allah üçün bütün dünya əhəmiyyətsiz bir şey, şirk isə böyük zülmdür.1 Yəni insan bütün dünyanı almaq müqabilində belə şirkə yol verməməlidir.
14. Öz moizələrimizi dəlil və məntiqlə bəyan edək.
Dostları ilə paylaş: |