“Valideyn” sözünün geniş mənası
İslam leksikonunda səmavi rəhbər, müəllim, tərbiyəçi və həyat yoldaşının atası da ata adlandırılır. Hzərət Peyğəmbər (s) ölüm yatağında olduğu günlər Həzrət Əliyə (ə) buyurdu: “Xalq arasına çıx və uca səslə de: Lənət olsun ağ valideyn şəxsə! Lənət olsun mövlasından qaçan bəndəyə! Lənət olsun fəhlənin haqqını verməyən kəsə!”
Həzrət Əli (ə) xalq arasına çıxıb həzrətin buyruqlarını bəyan etdi. Səhabələrdən bəziləri bu məsələyə sadə yanaşıb soruşdular: “Biz bu barədə əvvəllər də eşitmişik, deyilənlər təzə söz deyil.” Xalqın deyilənlərə ciddi yanaşmadığını görən Peyğəmbər (s) Həzrət Əlini (ə) növbəti dəfə belə bir tapşırıqla göndərdi: “Ağ valideyn dedikdə səmavi rəhbərə qarşı çıxanları nəzərdə tuturam. Ya Əli! Mən və sən bu ümmətin atalarıyıq. Bizə itaət etməyən üzümüzə ağ olur. Mən və sən bu xalqın mövlasıyıq. Bizdən qaçan Allahın qəzəbinə gələr. Mən və sən bu xalqın hidayəti üçün çalışırıq. Haqqı ödəməyənlər Allahın lənətinə gələr.” Nəql olunan əhvalatdan aydın olur ki, valideynə ehsan və itaət aydın bir mövzu olsa da, İslam leksikonunda onun daha geniş mənası var.
Dostları ilə paylaş: |