Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə257/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   253   254   255   256   257   258   259   260   ...   572

Allaha şükür


Allah bəndələrin ibadət və təşəkkürünə möhtac deyil. Quran dəfələrlə qeyd edir ki, Allah sizdən ehtiyacsızdır.1 Amma Allaha diqqət bizim özümüzü izzətə çatdırır, yüksəldir. Necə ki, günəş insanlara yox, insanlar günəşə ehtiyaclıdırlar. Əgər evimizi üzü günəşə tiksək, bundan özümüz faydalanasıyıq.

Allah-təala Quranda peyğəmbərləri müəyyən səciyyələrinə görə mədh edir. Bu səciyyələrdən biri də onlardakı şükür ruhiyyəsidir. Məsələn, həzrət Nuh (ə) həyat yoldaşının, oğlunun və xalqın vəfasızlığı müqabilində səbir və dözüm göstərərək şükür etdiyindən Allah onu “şakir” adlandırır.2 Allah Quranda əksəriyyətin nankorluğundan dəfələrlə şikayətlənmişdir.

Əlbəttə şükür tövfiqini Allahın Özündən istəməliyik. Necə ki, həzrət Süleyman (ə) uyğun istəklə Allaha üz tutdu.3 Biz adətən hər gün istifadə etdiyimiz nemətlərə diqqət yetirir, bir çox başqa nemətlərdən xəbərsiz qalırıq. İnsan ata-babalar və varislər vasitəsi ilə əldə etdiyi nemətlərdən, hər an ondan uzaqlaşdırılan minlərlə bəladan, Allah və Onun övliyalarına iman kimi mənəvi lütflərdən və ya küfr və günaha nifrət nemətindən qəflətdə qalır.4

Qeyd olunanlardan əlavə, məsumlardan nəql olunmuş bəzi dualar ilahi nemətlərə diqqət və bu nemətlər müqabilində şükürdür. Bu dualar insandakı şükür ruhiyyəsini canlandırıb gücləndirir. Nemətlər qarşısında şükür bəzən dillə, bəzən əməllə gerçəkləşir.

Hədisdə oxuyuruq: “İlahi nemətləri yada saldıqda şükür olaraq səcdə edin. Hətta süvari haldasınızsa, atdan düşüb səcdə qılın. Atdan düşmək çətin olduqda, ya həmin vəziyyətdə səcdə qılın, ya da əlinizə səcdə edib nemətlərin şükrünü yerinə yetirin.1


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin