Nöqtələr
Ayədə “əzm” dedikdə, ya Allahın uyğun işlərin həyata keçirilməsindəki qəti iradəsi, ya da insanın bu işlərdə qəti qərara gəlməsi nəzərdə tutulur.
Quranda 28 dəfə namazla yanaşı zəkat zikr olunmuşsa da, burada namazla birlikdə əmr be məruf (yaxşılığa çağırış) yada salınır. Ayədə sərvəti olmayan oğula müraciət edildiyindən zəkat tapşırığı zəruri sayılmaya bilər.
Həzrət Əli (ə) buyurur: “Yaxşılığa çağırış və pisliyə qadağa yolunda üzləşdiyin çətinliklərə səbir et.”1
Bəzən müsibətlər, bəzən vəzifənin ağırlığı, bəzən günah qarşısında səbir etmək lazım gəlir.2 Həzrət Yusif (ə) zindanda deyir: “Pərvərdigara! Zindan mənim üçün dəvət olunduğum günaha batmaqdan daha yaxşıdır.”3
Dostları ilə paylaş: |