﴿وَلَا تُصَعِّرْ خَدَّكَ لِلنَّاسِ وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحًا إِنَّ اللَّهَ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُورٍ﴾
“Xalqdan (təkəbbürlə) üz çevirmə, yer üzündə qürurla addım atma. Çünki Allah heç bir təkəbbürlü lovğanı sevməz.”
Nöqtələr
“Təsir” dəvədə olan bir xəstəliyin adıdır. Bu xəstəliyə tutulan dəvənin boynu əyilir. Loğman oğluna deyir ki, təkəbbür üzündən xəstə dəvə kimi xalq qarşısında boynunu (üzünü) çevirmə.
“Mərəh” dedikdə var-dövlət və məqama görə şadlıq mənası anlaşılır. Puç xülyalar əsasında özünü üstün tutan insan “muxtal” adlanır. Qürrələnən insana isə “fəxur” deyilir.
Təkəbbür həm xalqa qarşı təhqirdir, həm keçmiş kin-küdurəti təzələyir, həm də yeni düşmənçiliklər yaradır. Hədisdə oxuyuruq ki, yer üzündə təkəbbürlə addım atan adama həm yer, həm yerin üstündə və altında olanlar lənət oxuyurlar.1
Dostları ilə paylaş: |