Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə271/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   267   268   269   270   271   272   273   274   ...   572

Nöqtələr


“İsbağ” dedikdə genişləndirmək mənası anlaşılır.

Ayədə iki növ nemətə işarə olunur: sağlamlıq, ruzi, gözəllik kimi zahiri nemətlər və iman, mərifət, yəqinlik, xoş xasiyyət, qeybi yardımlar, elm, fitrət və vilayət kimi batini nemətlər.

Ola bilsin ki, ayədə elm dedikdə əqli dəlillər, hidayət dedikdə fitri hidayət, kitab dedikdə ilahi vəhy nəzərdə tutulmuşdur. Bəziləri ağıl, fitrət və vəhyə əsaslanmadan Allah haqqında danışıb fikir bildirir.

Bildirişlər


1. Yaranmışlara və onların bəşər həyatındakı roluna diqqətsizlik məzəmmətə səbəb olur.
Bir dəlil görərsən haraya baxsan,

Müqəvvalar üçün yox belə imkan.
2. Yaranmışlar məqsədli yaradılmışdır və insana xidmət edir.

3. İnsan göylərdə və yerdə olanları ram etməyə qadirdir.

4. İlahi nemətlər həm boldur, həm əl altındadır, həm də çeşidlidir.

5. Allahın batini nemətlərindən qəflətdə qalmamalıyıq.

6. İlahi nemətlər nə qədər bol olsa da, insan Allah haqqında höcətləşməklə nankorluq edir.

7. Məntiqi mübahisə faydalıdır.1 Amma elmi əsası olmayan, ilahi hidayətdən uzaq və Allah kitabına zidd mübahisə zərərlidir. (Molla Sədra “Əsfar” kitabında deyir: “Məhv olsun Allah kitabı və peyğəmbər sünnəsinə zidd fəlsəfə!”)

8. İlahi dünyagörüşündə yalnız ağıl, fitrət və vəhy mötəbər mənbə sayılır.

Ayə 21:


﴿وَإِذَا قِيلَ لَهُمُ اتَّبِعُوا مَا أَنزَلَ اللَّهُ قَالُوا بَلْ نَتَّبِعُ مَا وَجَدْنَا عَلَيْهِ آبَاءنَا أَوَلَوْ كَانَ الشَّيْطَانُ يَدْعُوهُمْ إِلَى عَذَابِ السَّعِيرِ﴾

Onlara “Allahın nazil etdiyinə tabe olun” buyurulduqda, deyərlər ki, biz atalarımızın getdiyi yola tabe olacağıq. Yoxsa şeytan onları şölələnmiş əzaba doğru çağırsa (yenə ona tabe olacaqlar)?!”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   267   268   269   270   271   272   273   274   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin