Nöqtələr
“Qilə” sözü kafirlərin təəssübdə ifratçılığını göstərir. Onlar istənilən bir şəxsin dilindən çıxan haqq sözə qarşı inadkarlıq göstərir və haqqı qəbul etmirlər.
Bildirişlər
1. Ata-babaların batil düşüncələrinin təəssübünü çəkmək yersiz mübahisə nümunələrindəndir.
2. Vəhyə və Allah tərəfindən nazil edilənə tabe olmaq lazımdır.
3. Azğınları haqqa dəvət etməklə xəbərdarlığı başa çatdıraq (höccəti tamamlayaq).
4. İnsan üçün iki yol var: Allah yolu və şeytan yolu.
5. Ata-babaların əqidəsi gələcək nəsillərin taleyinə təsir göstərir.
6. Kor-koranə təqlid və təəssüb qadağandır. (Yersiz qohumluq təəssübü haqqın qəbuluna və düşüncənin inkişafına mane olur.)
7. Mühit, cəmiyyət və tarix yol seçimində təsirli amillərdir. (İnsan elm, ağıl və vəhy işığında hərəkət etməli, mühitdə, cəmiyyətdə və tarixdə rastlaşdığı azğınlıqlardan çəkinməlidir.)
8. Millətpərəstlik və ata-babaların əqidəsi yox, həqiqi məntiq əsasdır.
9. Şeytan ardıcıl şəkildə insanı batilə çağırır.
10. Vəhydən savay istənilən bir yol uçuruma aparır, cəhənnəm əzabı ilə sonuclanır.
11. Ata-babaların puç düşüncələrinə tabeçiliyin sonu cəhənnəmdir.
Ayə 22:
﴿وَمَن يُسْلِمْ وَجْهَهُ إِلَى اللَّهِ وَهُوَ مُحْسِنٌ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَى وَإِلَى اللَّهِ عَاقِبَةُ الْأُمُورِ﴾
“Üzünü Allaha doğru tutmuş hər kəs xeyir əməl sahibi olsa, şübhəsiz, möhkəm bir dəstəkdən) yapışmışdır. Bütün işlərin sonu Ona doğrudur.”
Dostları ilə paylaş: |