Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə282/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   278   279   280   281   282   283   284   285   ...   572

Nöqtələr


Gecə və gündüzün qısalıb-uzanması və bu işin tədricən baş verməsi qaranlıq və işığa ehtiyaclı canlıların həyatında mühüm rol oynayır.

Ayədə gecə-gündüzün qısalıb-uzanmasından, günəş və ayın ram edilməsindən danışılır. Sonra onların hər birinin müəyyən bir müddət hərəkətdə olacağı qeyd edilir. Ayənin sonunda bildirilir ki, Allah insanların bütün işlərindən agahdır. Yəni bütün varlıq aləmi və ondakı dəyişikliklərin qayəsi insanların əməlləridir. Gəlin Allahın razılığına uyğun işlər görək.



Bulud da, külək də, günəş də, ay da,

Sənə xidmət edir bu gen sarayda.

Hər biri Allaha əyilmiş ikən,

Rəvadırmı tabe olmayasan sən?!
Quranın əziz Peyğəmbərə (s) əksər müraciətləri bütün insanlara ünvanlanmışdır. Məsələn, Peyğəmbərə (s) buyurulur ki, qocalmış ata-anaya “uf” deyib onları narahat etmə.”1 Halbuki əziz Peyğəmbər (s) öz ata-anasını uşaqlıq dövründə itirmiş idi. Demək, Allah Peyğəmbərin (s) simasında bütün bəşəriyyətə müraciət edir. Hazırkı ayədə də son cümlə ayənin bütün xalqa şamil olduğunu göstərir.

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   278   279   280   281   282   283   284   285   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin