Nöqtələr
“Zullə” sözünün cəm forması olan “zuləl” sözü kölgə salan buludlar mənasını bildirir. Xoşagəlməz bir məsələ ilə rastlaşdıqda bu sözdən istifadə olunur. “Muqtəsid” dedikdə orta hədd, əhdə vəfa nəzərdə tutulur.
“Xəttar” sözü əhdi çox pozan mənasını bildirir. Müşriklər və günahkarlar bəla vaxtı dərhal Allaha üz tutur, əhd bağlayırlar. Elə ki, hadisələr ötüb-keçdi, əhdi pozurlar. Allah onları “xəttar” adlandırır.
Bəzilərinin imanı daimi, bəzilərinki isə müvəqqətidir. Yəni belələri yalnız rahatlığını itirdikdə Allahı yada salırlar. Onların bu münasibəti fövqəladə vəziyyət zamanı hazırlığı yada salır.
Dostları ilə paylaş: |