Nöqtələr
Ölüm və Qiyamət vaxtı yalnız Allaha məlumdur. İnsanlar ölüm və Qiyamət vaxtını bilsəydilər, arxayınlaşıb bir çox günahlara batardılar. Əksinə, az sonra Qiyamətin qopacağından xəbərdar olan insan iş-gücdən əl çəkər, guşənişin olardı. Bir sözlə, ölüm və Qiyamətin vaxtını bilməyən insan daim hazır olmalıdır.
Bətnlərdə olandan yalnız Allah xəbərdardır. Bu gün bətndəki körpənin oğlan və ya qız olduğunu müəyyənləşdirən cihazlar ixtira olunub. Əlbəttə ki, bətnindəki körpə ilə bağlı məlumat əldə etmək istəyənlərin bir hissəsi bu cihazın dəqiqliyini inkar edir. Uyğun cihaz tam dəqiq məlumat verərsə belə, Allahın elmi əzəli və nəhayətsizdir. Allahın bətnlərdə olanlardan xəbərdarlığı dedikdə təkcə körpənin oğlan və ya qız olması nəzərdə tutulmur. Bətndəki körpənin istedadlarından, ruhiyyəsindən və digər səciyyələrindən yalnız Allah xəbərdardır. Bütün bu səciyyələri müəyyənləşdirmək insan üçün əlçatmazdır.
Həzrət Əli (ə) buyurur: “Allahı iradələrin qırılması və qərarların dəyişməsi ilə tanıdım.”1
Həzrət hazırkı ayə ilə bağlı buyurur: “Bir addım atan insan növbəti addımından xəbərsizdir.”2
Dostları ilə paylaş: |