Nöqtələr
Ərəb dilində iki söz – “nəhar” və “yəvm” sözləri - “gün” mənasını bildirir. “Nəhar” dedikdə gündüz, “yəvm” dedikdə sutka nəzərdə tutulur.
Allah göyü və yeri bir anda yaratmağa qadir olsa da, yaranışda tədriciliyə önəm verdi. Ayədə bildirilir ki, göylər və yerlər altı gün ərzində formalaşdı.
Bildirişlər
1. Şirkin məhvi üçün Allahın sonsuz qüdrətindən, göylərin və yerin yaranışından danışmaq lazımdır.
2. Yaradılış və varlığın idarəsi bir-birindən ayrı deyildir.
3. Ərş varlıq aləmini idarə etmə mərkəzidir.
4. Maddi və qeyri ilahi güvənc yerlərinin səmərəsiz olduğunu bildirmək xəbərdarlıq yollarından biridir.
5. Xəbərdarlıq yollarından biri nemətləri xatırlatmaqdır.
Torpaq da, səma da danışır ondan,
Həqiqəti tapar dinləyən insan.
6. İnsan həqiqəti öz fitrətində tapır, sadəcə xatırlatmaya ehtiyaclıdır.
Ayə 5:
﴿يُدَبِّرُ الْأَمْرَ مِنَ السَّمَاء إِلَى الْأَرْضِ ثُمَّ يَعْرُجُ إِلَيْهِ فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ أَلْفَ سَنَةٍ مِّمَّا تَعُدُّونَ﴾
“(Allah dünyaya aid) işləri göydən yerə doğru idarə edir. Sonra saydığınız illərdən 1000 ilə bərabər bir gündə (bu dünyanın nizamı pozular və) Ona doğru yüksələr.”
Dostları ilə paylaş: |