Sual: “Məaric” surəsinin dördüncü ayəsində buyurulur ki, mələklərlə ruh 50000 illik bir gündə Ona doğru yüksələr. Bu ayədə isə 1000 ilə bərabər bir gündən danışılır. Burada ziddiyyət yoxdurmu?
Cavab:Hədisdə qeyd olunur ki, Qiyamətin 50 dayanacağı var və hər dayanacaq dünyanın 1000 ili qədər uzanır. Ayədə yalnız bir dayanacağa işarə olunmuşdur.1Qeyd olunan ayədə mələklərin, bu ayədə isə işin yüksəlişindən danışılır. Ola bilsin ki, “əmr” Qiyamətdə yox, 1000 illik bir gündə yüksələsidir. Mələklərin yüksəlişi isə 50000 ilə bərabər Qiyamət gününə aiddir.