Bildirişlər
1. Yer üzünə müdiriyyət mərkəzi səmadır. Proqramlar oradan nazil olur və oraya dönür.
2. Allahın rübubiyyətindəki (idarəçiliyindəki) tövhid Onun xaliqiyyətindəki tövhiddən ayrı deyil.
3. Allahın tədbiri müvəqqəti yox, daimidir.
4. Hər şeyin yaranışı Ondan və Ona doğru olduğu kimi, işlərin tədbiri də Ondan və Ona doğrudur.
Ayə 6:
﴿ذَلِكَ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ الْعَزِيزُ الرَّحِيمُ﴾
“Gizlindən və aşkardan agah, yenilməz və mehriban olan Odur.”
Ayə 7:
﴿الَّذِي أَحْسَنَ كُلَّ شَيْءٍ خَلَقَهُ وَبَدَأَ خَلْقَ الْإِنسَانِ مِن طِينٍ﴾
“Odur yaratdığını gözəl yaradan, insanın yaranışına gildən başlayan.”
Ayə 8:
﴿ثُمَّ جَعَلَ نَسْلَهُ مِن سُلَالَةٍ مِّن مَّاء مَّهِينٍ﴾
“Sonra onun (qalan) nəslini bulaşıq və cüzi sudan yaratdı.”
Ayə 9:
﴿ثُمَّ سَوَّاهُ وَنَفَخَ فِيهِ مِن رُّوحِهِ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ قَلِيلًا مَّا تَشْكُرُونَ﴾
“Sonra ona mütənasiblik verdi və Öz ruhundan üfürdü. (Allah) sizin üçün qulaq, göz və qəlb qərar verdi. (Amma) az qisminiz şükür edirsiniz.”
Dostları ilə paylaş: |