Bildirişlər
1. Haqqı bəyan edərkən suallar ünvanlamaqla insanların vicdanından kömək alaq.
2. Ən yaxşı təlim-tərbiyə üsullarından biri müqayisə aparmaqdır.
3. Təkcə kafirlər yox, həm də fasiqlər möminlərə müxalifdirlər.
4. Xalqdan soruşun, amma öz haqq baxışınızı da elan edin.
Ayə 19:
﴿أَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ جَنَّاتُ الْمَأْوَى نُزُلًا بِمَا كَانُوا يَعْمَلُونَ﴾
“Amma iman gətirib saleh işlər görənlərin qəbulu üçün gördükləri işə xatir xüsusi (“məva”) bağlar hazırlanıb.”
Ayə 20:
﴿وَأَمَّا الَّذِينَ فَسَقُوا فَمَأْوَاهُمُ النَّارُ كُلَّمَا أَرَادُوا أَن يَخْرُجُوا مِنْهَا أُعِيدُوا فِيهَا وَقِيلَ لَهُمْ ذُوقُوا عَذَابَ النَّارِ الَّذِي كُنتُم بِهِ تُكَذِّبُونَ﴾
“Amma fasiqlərin yeri oddur. Hər dəfə oradan çıxmaq istədikdə geri qaytarılarlar və onlara deyilər: “Daim təkzib etdiyiniz odun əzabını dadın.”
Dostları ilə paylaş: |