“ƏHZAB” SURƏSİ (33-cü surə, 73 ayə) “Əhzab” surəsinin siması
Mədinədə nazil olmuş bu surə 73 ayədən ibarətdir. Hicri 5-ci ildə (İslam Peyğəmbərinin (s) Mədinəyə hicrətindən 5 il sonra) Mədinə yəhudiləri, Məkkə müşrikləri və müsəlmanlar arasındakı münafiqlər müsəlmanlarla savaş üçün əl-ələ verdilər. Peyğəmbər və onun ardıcılları müdafiə üçün Mədinə ətrafında xəndək qazdılar.
Düşmən cəbhəsi müxtəlif dəstələrdən təşkil olunduğu üçün savaş “əhzab” (“firqələr”) savaşı kimi tanınmışdır. Müharibədən öncə müsəlmanlar müdafiə xəndəkləri qazdıqlarından müharibə həm də “Xəndək” müharibəsi adı ilə qeyd olunur.
Surənin 70 ayəsi “Əhzab” savaşı haqqındadır. Surənin 2 və 22-ci ayələrində “əhzab” sözü üç dəfə təkrarlandığından surə “Əhzab” surəsi adlandırılmışdır.
Surədə “Əhzab” savaşından əlavə, cahiliyyət dövründəki “zihar” və talaq, oğurluğun hökmləri, hicab və məada diqqət mövzuları nəzərdən keçirilmişdir.
Dostları ilə paylaş: |