﴿بسم الله الرحمن الرحيم﴾
“Rəhman və rəhim Allahın adı ilə”
Ayə 1:
﴿يَا أَيُّهَا النَّبِيُّ اتَّقِ اللَّهَ وَلَا تُطِعِ الْكَافِرِينَ وَالْمُنَافِقِينَ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا﴾
“Ey peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə. Şübhəsiz, Allah elm və hikmət sahibidir.”
Nöqtələr
“Ya” nidasının ardınca “əyyuha” sözünün gəlməsi deyilənlərin təkcə müraciət olunan şəxsə yox, başqalarına da aid olduğunu göstərir. “Ya Rəsuləllah” deyə müraciət olunduqda söz təkcə Peyğəmbərə (s) aiddir. Amma “ya əyyuhər Rəsul” müraciəti bir növ “ey xalq, mən peyğəmbəri çağırıram” mənasında işlənir.1
Dostları ilə paylaş: |