Bildirişlər
1. İslam Peyğəmbərinin (s) Allah hüzurunda xüsusi məqamı var. (Quranda başqa peyğəmbərlər sadəcə adı ilə çağırılırsa, İslam Peyğəmbərinə (s) adla müraciət olunmur.)
2. Əziz Peyğəmbərin (s) də ilahi nəsihətlərə ehtiyacı var.
3. Peyğəmbərə müraciət əslində onun ardıcıllarına müraciətdir.
4. Xeyir əmələ önəm verməklə pis əməllərin qarşısını alaq. (Öncə Allaha itaət sonra kafirlər və münafiqlərdən uzaqlıq.)
5. Kafirlərə və münafiqlərə itaət təqvasızlıqdır.
6. Kafirlər və münafiqlər istənilən bir yolla dini rəhbərin diqqətini cəlb etmək istəyir.
7. İnsan güclü iman və təqvaya malik olduğu vaxt azğınlıqlar və sazişçi təkliflərlə mübarizə apara bilər.
8. Kafirlər və münafiqlər eyni xətdədirlər.
9. Elm və hikmət sahibi olan Allaha itaətin dəlilləri var. Bəs elm və hikmətdən məhrum olan kafir və münafiqlərə ardıcıllıq necə izah olunur?
10. Kafirlər və münafiqlərə tabe olmamaq göstərişi Allahın elm və hikmətinə əsaslanır.
Ayə 2:
﴿وَاتَّبِعْ مَا يُوحَى إِلَيْكَ مِن رَّبِّكَ إِنَّ اللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا﴾
“Rəbbindən sənə vəhy edilənə tabe ol. Allah gördüyünüz işlərdən xəbərdardır.”
Dostları ilə paylaş: |