Bildirişlər
1. Peyğəmbər bütün möminlər üzərində ixtiyar sahibidir (kamil vilayətə malikdir). Həzrətin insanlar üzərində vilayəti onların öz işləri üzərindəki vilayətindən üstündür.
2. Allah rəsulunun vilayətini (hakimiyyətini) qəbul etmək Allaha iman şərtidir.
3. Peyğəmbərin (s) zövcələrinə ehtiram göstərmək zəruridir. (Peyğəmbər (s) dünyadan köçdükdən sonra da kimsə Peyğəmbər (s) zövcələri ilə izdivac edə bilməz.)
4. Peyğəmbər (s) zövcələrinin ana kimi qəbul olunması onları xalqın malına varis etmir.
5. Ailə və qohumluq rabitələri önəmlilik gətirir.
6. Sabit irs qanunları məhrum dostlara yardıma mane olmasın.
7. Vəsiyyətə əməl olunduqdan sonra irsə münasibətdə qohumluq əlaqələri nəzərə alınır. (Əgər bir şəxs malının bir hissəsini dostlarına vəsiyyət etmişsə, əvvəlcə vəsiyyətə əməl olmalı, sonra qalan hissə bölünməlidir.)
8. Ailə işlərində hökmlərə və hüquqi məsələlərə ciddi yanaşaq.
9. İşlər Allah tərəfindən qeydə alınır.
Ayə 7:
﴿وَإِذْ أَخَذْنَا مِنَ النَّبِيِّينَ مِيثَاقَهُمْ وَمِنكَ وَمِن نُّوحٍ وَإِبْرَاهِيمَ وَمُوسَى وَعِيسَى ابْنِ مَرْيَمَ وَأَخَذْنَا مِنْهُم مِّيثَاقًا غَلِيظًا﴾
“(Xatırla) bir vaxt Biz peyğəmbərlərdən əhd aldıq. (Eləcə də) səndən, Nuhdan, İbrahimdən, Musadan, Məryəm oğlu İsadan və onların hamısından möhkəm bir əhd aldıq (ki, vəzifələrini əzmlə yerinə yetirsinlər).”
Dostları ilə paylaş: |