Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə339/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   335   336   337   338   339   340   341   342   ...   572

Bildirişlər


1. Ölüm kimi qəti müqəddəratlardan qaçmaq mümkünsüzdür.

2. Ötəri ləzzətlərə görə əbədi səadəti əldən verməyin.


Ayə17:


﴿قُلْ مَن ذَا الَّذِي يَعْصِمُكُم مِّنَ اللَّهِ إِنْ أَرَادَ بِكُمْ سُوءًا أَوْ أَرَادَ بِكُمْ رَحْمَةً وَلَا يَجِدُونَ لَهُم مِّن دُونِ اللَّهِ وَلِيًّا وَلَا نَصِيرًا﴾

De ki, Allah sizə əziyyət və ya mərhəmət istəsə, Onun qarşısında sizi kim qoruya bilər? Əslində onlar özləri üçün Allahdan savay nə iş düzəldən, nə də yardımçı tapırlar.”


Nöqtələr


Allah insanı heç bir səbəb olmadan çətinliyə salmır. İnsan ixtiyari şəkildə, öz pis əməllərinə görə ilahi qəzəb oduna doğru sürüklənir. Sadəcə, varlıq aləmində bütün işlər Allahın iradəsi ilə baş verdiyindən insanın rastlaşdığı çətinliklər də Allaha aid edilir.

Bildirişlər


1. Vicdanları suallar ünvanlamaqla oyadın.

2. Mərhəmət və əzab, şirinlik və acılıq Allahın iradəsi mehvərində insana yetişir. (Əlbəttə, Allahın iradəsi hikmətə əsaslanır.)


Ayə 18:


﴿قَدْ يَعْلَمُ اللَّهُ الْمُعَوِّقِينَ مِنكُمْ وَالْقَائِلِينَ لِإِخْوَانِهِمْ هَلُمَّ إِلَيْنَا وَلَا يَأْتُونَ الْبَأْسَ إِلَّا قَلِيلًا﴾

Şübhəsiz, Allah insanları (cəbhə və cihaddan) saxlayanlarınızı və qardaşlarına “bizə qoşulun” deyən kəsləri yaxşı tanıyır. Onların kiçik bir hissəsi cəbhəyə gedər.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   335   336   337   338   339   340   341   342   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin