Nur təFSİRİ



Yüklə 2,21 Mb.
səhifə345/572
tarix05.01.2022
ölçüsü2,21 Mb.
#111415
1   ...   341   342   343   344   345   346   347   348   ...   572

Nöqtələr


12-ci ayədə oxuduq ki, münafiqlər və qəlbi xəstələr Peyğəmbərin (s) vədlərini yalan sayırdılar. Bu ayədə isə möminlərin uyğun vədləri gerçək və sədaqətli qəbul etdikləri bildirilir.

Əvvəlki ayələrdə oxuduq ki, zəif imanlı müsəlmanlar düşmənlə rastlaşan zaman cəbhədən uzaqda olmağı arzulayırdılar. Bu ayədə isə buyurulur ki, möminlər düşməni görən zaman onların imanı və Allah qarşısında təslimçiliyi gücləndi.


Bildirişlər


1. İman qüdrət amilidir.

2. Münafiqlər gəlib çatmamış düşməni öz qarşılarında hiss edirlər. Möminlər isə qarşılarında dayanmış düşmənləri heç nə sayırlar.

3. Əl-ələ vermiş düşmənlərin hücumu möminlər üçün gözlənilməz deyil.

4. Allah rəsulunun sözü elə Allahın sözüdür.

5. İslam Peyğəmbəri (s) müsəlmanlara Əhzab savaşı haqqında məlumat vermişdi.

6. Möminlər əmindirlər ki, Allah və Onun rəsulunun vədləri gerçəkləşəcək.

7. Mömin üçün cəbhə və savaş tərəqqi meydanıdır.

8. Möminlər düşmənlərin sayından və mütəşəkkilliyindən qorxmurlar.

9. İman və təslimçiliyin dərəcələri, mərtəbələri var.

10. Allah və Onun rəsulunun vədlərinin gerçəkləşməsi möminlərin imanını artırır.


Ayə 23:


﴿مِنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ فَمِنْهُم مَّن قَضَى نَحْبَهُ وَمِنْهُم مَّن يَنتَظِرُ وَمَا بَدَّلُوا تَبْدِيلًا﴾

Möminlər arasında elə kişilər var ki, Allahla bağladıqları əhdə vəfa qılırlar. (Özlərini cihada hazırlayırlar.) Onlardan bəziləri əhdlərinə əməl edirlər. (Şəhadətə çatırlar). Bəziləri isə (şəhadət üçün) intizardadırlar və heç vaxt dəyişməzlər.”




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   341   342   343   344   345   346   347   348   ...   572




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin