Nöqtələr
Əhzab savaşında Həzrət Əli (ə) xəndəyi adlamış məşhur ərəb pəhlivanı Əmr ibn Əbdüvədi qətlə yetirdikdən sonra düşmənlər işlərini bilib geri döndülər.
Bildirişlər
1. Düşmənlərin birliyindən qorxmayaq. Əhzab savaşında müşriklər, yəhudilər və münafiqlər əl-ələ versələr də, qələbə və qənimət əldə etmədən geri döndülər.
2. Savaşlardakı qələbə və məğlubiyyətlər Allahın iradəsinə tabedir.
3. Əhzab savaşında qeybi yardımlar rol oynayırdı.
4. Bəzən müxalif mövqedən danışmaq lazım gəlir. İslam üzərində qələbə və qənimət ələ keçirilməsi kafirlərin nəzərincə xeyir idi.
5. Düşmən qalib gəlmək, qənimət əldə etmək, yeni torpaqlar ələ keçirmək və şəxsi mənafeləri qorumaq üçün vuruşur. Müsəlmanlar isə ya dini vəzifələrini yerinə yetirmək, qafilləri doğru yola çağırmaq və haqq yoldakı maneələri aradan qaldırmaq üçün, ya da şəhadət və Allahla görüş naminə vuruşurlar.
6. Müsəlmanların izzət və qüdrət qaynağı Allahdır.
Ayə 26:
﴿وَأَنزَلَ الَّذِينَ ظَاهَرُوهُم مِّنْ أَهْلِ الْكِتَابِ مِن صَيَاصِيهِمْ وَقَذَفَ فِي قُلُوبِهِمُ الرُّعْبَ فَرِيقًا تَقْتُلُونَ وَتَأْسِرُونَ فَرِيقًا﴾
“Allah müşrik ərəblərə arxa duran kitab əhlini (yəhudiləri) uca qalalarından endirdi, onların qəlbinə vahimə saldı. (Nəticədə siz müsəlmanlar) bir dəstəni öldürdünüz, bir dəstəni əsir götürdünüz.”
Ayə 27:
﴿وَأَوْرَثَكُمْ أَرْضَهُمْ وَدِيَارَهُمْ وَأَمْوَالَهُمْ وَأَرْضًا لَّمْ تَطَؤُوهَا وَكَانَ اللَّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرًا﴾
“(Allah) onların yerlərini, evlərini, mal-mülklərini, ayağınız dəyməmiş bir torpağı sizin ixtiyarınıza verdi. Allah hər işə qadirdir.”
Dostları ilə paylaş: |