Nöqtələr
“Səyasi” dedikdə möhkəm qalalar nəzərdə tutulur. İstənilən bir müdafiə vasitəsi, o cümlədən öküzün buynuzu, xoruzun mahmızı bu qəbildəndir.
Ayədə Bəni-Qürəyzə savaşına işarə olunur. Bəni-Qürəyzə yəhudiləri Əhzab savaşında qələbə ümidi ilə müsəlmanlarla müqavilələrini pozub Məkkə müşrikləri üçün beşinci sütun rolunu oynayırdılar. Amma rüsvayçılıqla məğlubiyyətə uğrayıb təslim oldular.
Mədinədə üç yəhudi tayfası vardı: Bəni-Qeyniqa, Bəni-Nəzir, Bəni-Qürəyzə. Hər üç qəbilə müsəlmanlarla müqavilə bağlamışdı. Hicri ikinci ildə Bəni-Qeyniqa qəbiləsi müsəlmanlarla müqaviləni pozub savaşa başladı. Məğlubiyyətə uğramış qəbilə Mədinədən çıxıb Şama üz tutdu. Hicri 4-cü ildə Bəni Nəzir qəbiləsi savaşa qalxdı. Bu qəbilə də məğlubiyyətə uğrayıb Şama getdi. Nəticədə Xeybər və Mədinə boşaldı. Hicri 5-ci ildə Bəni Qürəyzə qəbiləsi müqaviləni pozub müşriklərə qoşuldu. Onlar Əhzab döyüşündə müsəlmanlara məğlub olub rahatlıqlarını itirdilər. Müsəlmanlar Əhzab savaşında qalib gəldikdən sonra yəhudilərin qalalarını mühasirəyə aldılar. 25 gündən sonra qəbilə Mədinədən çıxarıldı və bu şəhər həmişəlik olaraq xəyanətkar yəhudi qəbilələrindən təmizləndi.1
Bəni Qürəyzə savaşının bir çox faydaları oldu: son yəhudi qövmü həmişəlik olaraq Mədinəni tərk etdi, müsəlmanlar böyük bir sərvət əldə etdi, aydın oldu ki, müsəlmanlarla əhdi pozan bədbəxt olur.
Dostları ilə paylaş: |