Bildirişlər
1. Əsil-nəcabətin cəza və mükafata təsiri yoxdur. Günaha yol verən cəzalandırılmalıdır.
2. Peyğəmbər zövcələrinin paklığı sığortalanmayıb. (Bəli, insanı sığortalayan peyğəmbər evində olmaq yox, təqvalı olmaqdır.)
3. Aşkar günahların hesabı gizli günahların hesabından fərqlidir.
4. Çirkin iş bilavasitə cəza doğurur.
5. Cəza və mükafat dərəcəsi əməlin fərdi və ictimai təsirlərindən asılıdır.
6. İctimai mövqeyi olan və başqalarına nümunə sayılan insanın günahı daha ağır cəzalandırılır.
7. Dini rəhbərin ailə və qohum-əqrəbası bilməlidir ki, yol verdiyi günaha görə başqalarından artıq cəzalandırılacaq.
8. Əgər rəhbərin yaxınları günaha yol verdikdə ağır cəzalandırılırsa, rəhbər özü səhvə yol verdikdə onu nə gözləyir?! (Quran peyğəmbər haqqında buyurur ki, əgər rəva olmayan bir sözü bizə aid etsə, onun boyun damarlarını kəsərik.)
9. Günaha yol verənləri cəzalandırmaq Allah üçün asandır.
Dostları ilə paylaş: |